MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×
QƏTİ GƏLƏCƏYİN MÜRƏKKƏBİ

Hər iki halda (hekayə və rəvayətdə) işin gələcəkdə qəti şəkildə icra olunub-olunmayacağı haqqında keçmişə əsasən məlumat verilir. Məs.:

yazacaqdım
yazacaqdın
yazacaqdı
yazacaqdıq
yazacaqdınız
yazacaqdılar

gələcək idim
gələcək idin
gələcək idi
gələcək idik
gələcək idiniz
gələcək idilər

yazacaqmışam
yazacaqmışsan
yazacaqmış
yazacaqmışıq
yazacaqmışsınız
yazacaqmışlar

gələcək imişəm
gələcək imişsən
gələcək imiş
gələcək imişik
gələcək imişsiniz
gələcək imişlər

Hekayə formasında danışanın müşahidəçiliyi, bilavasitə işdən xəbərdar olduğu, rəvayət formasında başqasından eşitdiyi, rəvayət məzmunu vardır. Hər iki halda işin nəticəsi bilinmir və çox zaman iş icra edilməmiş qalır. Məs.:
Teleqramı görəndə maraqlanacaqdı, tanıyacaqdı səni. Biləcəkdi ki, mənim doğma qardaşımsan. Mənim də başım uca olacaqdı. (İ.M.)

Tale qızılın hamısını Mahmudun başına səpsəydi də, onun məhkumluğu azalmayacaqdı. (Elçin)

Az qalmışdı və bütün bu müsibət qurtaracaqdı.(Elçin)

Bunu bizimçün kim edəcəkmiş? (C.C.)

Məhzun könlüm, ey vah, ey vah, şad olacaqmış! (C.C.)