MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

×

SUAL ƏVƏZLİKLƏRİ

Şəxsi, əşyanı, əlaməti, kəmiyyəti, hərəkəti müəyyənləşdirmək üçün işlədilən əvəzliklərə sual əvəzlikləri deyilir.

Sual əvəzlikləri kim, nə, hara, necə, nə cür, hansı, neçə, nə qədər, niyə, nə üçün, nə səbəbə, nə məqsədlə, haçan, nə zaman, nə vaxt, bütün zaman, şəkil və şəxslər üzrə dəyişə bilən nə edir sözlərindən ibarətdir. Sual əvəzliklərindən kim şəxsi, bütün qalan canlı və cansız varlıqları, necə, nə cür, hansı əşyanın və hərəkətin əlamətini, neçə, nə qədər əşyanın və hərəkətin miqdarını, hara əşyanın və hərəkətin yerini, nə zaman, nə vaxt, haçan hərəkətin zamanını, niyə, nə üçün, nə səbəbə, nə məqsədlə hərəkətin səbəbini, məqsədini müəyyənləşdirmək üçün işlədilir.

Əvəzliyin bütün başqa növləri nəqli cümlələr üçün leksik materialdır. Sual əvəzlikləri isə sual cümlələrini yaradan əsas vasitələrdən biridir. Əvəzliyin digər növləri şəxsi, əşyanı, hərəkəti ümumi və qeyri-müəyyən şəkildə əvəz edərək cümləyə daxil olur. Onların məzmunu mətnin əvvəlki cümlələrinə əsasən müəyyənləşir. Yaxud əvəzlik aid olduğu cümlədəki əşya, əlamət, kəmiyyət bildirən sözlərə işarə edir. Lakin sual əvəzliklərinin işlədilmə məqsədi başqadır. Sual əvəzlikləri daxil olduğu cümlədə adı çəkilməyən şəxsi, əşyanı, əlaməti, miqdarı, hərəkəti müəyyən etmək, aydınlaşdırmaq məqsədi güdür. Ona görə də şəxs əvəzliklərindən, qeyri-müəyyənlik bildirən əvəzliklərdən fərqli olaraq, sual əvəzliyinin vasitəsilə aydınlaşdırmaq istədiyimiz əşya, əlamət ancaq cavab cümləsində – dinləyənin nitqində ola bilir; məs.:
- Gələn kimdir, əə?
- O maarif müdiridir, o iddiası yerə-göyə sığmayan Qoşatxan! (M.İ.)

- Atam necədir?
- Maşallah, nər kimidir.(İ.Ə.)

- Hara belə hazırlaşmısınız?
- Kinoya getmək istəyirik.
- Nəyə baxmaq istəyirsiniz?
- «Soldat haqqında ballada»ya.(İ.Ə.)

- Niyə bu havada isti geyinməmisiniz?
- Adət etmişəm, avtobusla gedib-gəlirəm. (T.K.)

- Neçə uşağınız var?
- Cəmi bir qızım var. (T.K.)

- Mənim portretim nə vazxt hazır olar?
- Təxminən bir həftəyə. (T.K.)

- Bəs nişanlınız nə elədi?
- Heç nə, - dedi. -Nahaqca yerə özünü heyif elədi.(İ.Ə.)

Danışan şəxsin dialoqların qarşılıqlı replikalarından birincisində müəyyənləşdirmək istədiyi şəxs, əşya, məkan, zaman, əlamət və s. ikinci replikada aydınlaşır:
kimdir? – maarif müdiridir, Qoşatxandır;
necədir? – nər kimidir;
hara? – kinoya;
nəyə? – «Soldat haqqında balladaya»;
niyə? – adət etdiyimdən;
neçə – bir;
nə vaxt – bir həftəyə və s.

Bu əvəzliklərin mənası, morfoloji əlaməti, sintaktik vəzifəsi müəyyənləşdirmək məqsədilə işləndikləri şəxs, əşya, əlamət, miqdar, məkan, hərəkət bildirən sözlərdən asılıdır.

Kim əvəzlikləri müvafiq isimləri müəyyənləşdirmək üçün işlədilir və bu zaman isim kimi kəmiyyət, hal və mənsubiyyət şəkilçiləri qəbul edir, hallanır:
Kimlər gəldi, kimlər getdi
Bu dünyada, bu dünyada.
Nələr yaradırsan, tarix, sən nələr! (S.V.)

Mənim nəyim var? Mənim kimim var?

Sual əvəzliklərinin hallanması:

kim
kimin
kimə
kimi
kimdə
kimdən


nəyin
nəyə
nəyi
nədə
nədən

hara
haranın
haraya
haranı
harada
haradan

hansı
hansının
hansına
hansını
hansında
hansından

Sual əvəzlikləri yalnız əvəz etdikləri nitq hissələrini deyil, cümlə üzvlərini də müəyyənləşdirmək vəzifəsini yerinə yetirir.

Məs.:
Niyə bu dünyada heç bir yaxşı iş asanlıqla başa gəlmir? Nə üçün hər şeyin qarşısında bir maneə olur? (İ.Ə.)

Sizin işləriniz necədir? Sədriniz neyləyir?(İ.Ə.)

Əgər o, başqa bir gülüşə aludə olsa, mən necə müqavimət göstərə bilərəm? (İ.Ə.)

-Səhbətimiz yarımçıq qaldı.
-Hansı söhbətimiz? – mən özümü qəsdən bilməzliyə qoydum. (İ.Ə.)

Səhərdən hardasan, bala, çörəkdən-zaddan da kəsilmisən? (İ.Ə.)

Onların kəndinə nə vaxt çatacağıq? (İ.Ə.)

Bu vüqar, bu səbir səndə bu qədər haradandır? (İ.Ə.)

Əslin haralıdır, daha doğrusu, hansı bölgədə doğulmusan? (T.K.)

Bu misallarda niyə?, nə üçün? sual əvəzlikləri ilə cümlənin səbəb zərfliklərinin, necədir? neyləyir? hardasan? haradandır? haralıdır? əvəzlikləri ilə cümlələrin xəbərinin, hansı? sual əvəzliyi ilə təyinin, nə vaxt? sual əvəzliyi ilə cümlənin zaman zərfliyinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Misallar göstərir ki, sual əvəzlikləri konkret nitq hissələri ilə məhdudlaşmır, sintaksisdə daha geniş funksiyaya malik olub söz birləşmələri və tərkiblərlə ifadə olunan üzvləri müəyyənləşdirmək məqsədi daşıyır.

Sual əvəzlikləri, xüsusən kim əvəzlikləri bir sıra məna çalarlarına malikdir.

Kim əvəzliyi mətndən asılı olaraq, heç kim, hamı, hər kəs mənalarında işlənə bilir; məs.:
Kim bilir neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır! (S.V.)

Kim bilmir ki, Günəş Yerdən yeddi dəfə yekədir,
Kim bilmir ki, pendir verən, qaymaq verən təkədir! (S.V.)

Bu misallardan birincisində kim sözü təsdiq fellə birlikdə heç kim, ikinci misalda inkar fellə birlikdə hamı mənasındadır.

sual əvəzliyi də çox müxtəlif məna çalarlarında işlənməkdədir; məs.:
Ay bərəkallah, gözəl canlarıq! (S.)

ağır yatdı bu oğlan, ölübə! (S.)

soxulmusan arayə, a başı bəlalı fələ? xəyal ilə olubsan belə iddialı, fələ? (S.)

Sən mənim burada olduğumu bildin? Sən işlə məşğulsan?

Bu misallardan birincisində sual əvəzliyi necə, ikincisində niyə, üçüncü misalda hansı, axırıncılarda haradan mənasındadır.